
Jeff Bezos-un liderliyi cəmi 8 saat davam etdi. Bill Gates yenidən zirvədədir
Sosial Media
28.07.2017
“Microsoft” şirkətinin təsisçisi Bill Gates, dünyanın ən varlı adamları siyahısında yenidən birinci yerdə qərarlaşdı.
Qeyd etmək lazımdır ki, dünən, “Amazon”un təsisçisi Jeff
Bezos bir günlük bu siyahıda birinci yeri tutmuşdu. Forbes-un məlumatlarına əsasən
28 İyul tarixində Bill Gates-in var-dövləti 89.8 milyard dollar, Jeff Bezos-un
var-dövləti isə 88.7 milyard dollar təşkil etdi. Nəzərinizə çatdıraq ki, dünənki
gündə Bezos-un həmin siyahıda birinci yeri tutmasının səbəbi, “Amazon” şirkətinin
səhm qiymətlərinin 1.6% qalxması olmuşdu. Lakin bugün şirkətin səhm qiymətləri
0.6% aşağı düşdü. Nəticədə Bill Gates həmin siyahıda yenidən birinci yerdə qərarlaşdı.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...