
Komandaya futbolçu seçimi etmək üçün maraqlı üsul tətbiq olunub
Sosial Media
07.05.2017
Farid
Sloveniyanın NK Domzale adlı komandasına rəhbərlik edən 33 yaşlı baş məşqçi Luka Elsner transfer dövrünün sonuna yaxınlaşarkən axtardığı sağ künc oyunçusunu tapmaq üçün olduqca maraqlı bir üsula müraciət etib
Elsner, iş dünyasının ən böyük ictimai sosial
şəbəkəsi olan LinkedIn üzərindən paylaşdığı bir yazı ilə sağ künc oyuncusu
axtardığını və axtardığı şəxsdən gözlədiyi xüsusiyyətləri qeyd edib.
Elan olduqca açıq və dəqiq idi.
"Komandamız Domzale üçün Avropa Birliyi pasportu olan sağ künc oyuncusu
axtarırıq. 3-4-3 sistemi üçün hücumda bir sağ künc oyuncusu olmalıdır ".
Bu elan çox qısa müddətdə yayılıb və paylaşılan məlumatlara görə 3 gün kimi
qısa bir müddətdə 150-dən çox müraciət gəlib. Müraciət edənlərlə necə bir görüş
edilmiş, necə seçim olunması hələ bilinməsə də sonunda müraciət edənlər arasından ispan bir oyunçu ilə razılığa gəlinib.
İspaniyada bir qəzetə danışan Elsner vəziyyəti
belə şərh edib. "50 futbolçu meneceri hesabımı təqib etdi. Üç gündə 150
futbolçunun profili ilə tanış oldum. Tez müddətdə nəticə almaq üçün ən yaxşı
yol bu idi. Seçimimizi Macar qrupu Videoton-da oynayan bir ispaniyalı oldu. Çox
yaxşı bir iş ortaya çıxardığımızı ümid edirəm. "
Ümid edirik ki, seçilən şəxs oyunda özünü düzgün təqdim edər.
Paylaş
Bənzər xəbərlər