
"Linkedin", İş axtaranları sevindirəcək yeni xüsusiyyətini təqdim etdi
Sosial Media
07.05.2017
Farid
Linkedin 6 Oktyabrda paylaşdığı elan ilə Açıq Namizədlər(Open Candidates) xüsusiyyətini istifadəyə verdi.
İşləyərkən bir yandan da başqa bir iş axtarmaq biraz riskli və
xoş qarşılanmayan bir vəziyyətdir. Xüsusilə bunun eşidilə biləcəyini bilmək işçiləri
narahat edir. Lakin Linkedin təklif etdiyi "Açıq Namizədlər” adlı xüsusiyyət ilə
bu problemi həll edə bilər. Xüsusilə iş yoldaşlarının, rəhbərliyin yeni iş yeri
axtardığını öyrənməməsini istəyən namizədlər üçün hazırlanmış xüsusiyyət Linkedin-in
son vaxtlarda elan etdiyi ən maraq doğuran xüsusiyyətlərindən biridir hətta
birincisidir.
Xidmət, məntiq olaraq namizədin yeni işlər və fürsətlərlə
maraqlandığı ilə bağlı dəyişiklikləri profilindən etməsi və bu məlumatın elan
verənlərə gizli olaraq çatdırılması yolu ilə işləyir. Əlavə olaraq bu xidməti
istifadə edərkən Seçimlər bölməsində bu xidmətin tam altındakı müraciət edilən
işlərin profildə paylaşılmaması seçimini də aktiv etmək lazımdır.
Elan verənlərin yeni işlərə açıq namizədləri görməsini
asanlaşdıran xüsusiyyətin ən yaxşı qismi isə namizədin hal-hazırda işlədiyi
firmanı və işçilərini bu məlumatlardan uzaq tutacaq bir sistemə sahib
olmasıdır. Namizədlər üçün qısa bir məktub sahəsi də saxlayan Linkedinin iş
görüşmələrinin gizlilik prinsipi ilə aparılmasını və nəticələnməsini məqsəd
edindiyi bu xidməti, işini bəyənməyən, iş dəyişdirmək istəyən, başqa fürsətlər
axtaran namizədlər üçün olduqca faydalı olacağa bənzəyir.
İş elanları Linkedin-in ən vacib və ən dəyərli xüsusiyyətlərinin
başında gəlir. Bu sahədə hazırladıqları üsullar da bir çox səylərin nəticəsində
yaranan bir sistemə sahibdir. Ən sadə problemlərdən birini tək bir xüsusiyyət
vasitəsilə təsirli formada həll edən Linkedin, "Microsoft" tərəfindən satın
alınmasından sonra fərqli bir yanaşma yeridərək hazır funksiyalarındakı
problemləri həll edəcək yeni üsullar hazırlayır. Və görünən odur ki Linkedin bu
xüsusiyyət ilə ən böyük problemlərdən birini artıq həll edib.
Paylaş
Bənzər xəbərlər