main-post-cover

    Mark Zuckerberg 11 apreldə ifadə verəcək

    Sosial Media
    07.04.2018
    Orxan Oguz
        Tarixinin ən çətin günlərini yaşayan sosial media nəhəngi Facebook, məlumat skandalı ilə bağlı çıxış yolu tapa bilmir. 50 milyon istifadəçi məlumatlarının bəzi şirkətlərin əlinə keçməsi ilə çıxılmaz yola düşən skandal ciddi maddi problemlərdən əlavə, mənəvi problemlər də gətirdi. Mövzu məhkəməyə gedərkən qurucu Mark Zuckerberg qarşıdakı günlərdə daha dəqiq 11 apreldə ifadə verəcək. 
        Məlumat skandalının üzə çıxmasından sonra üzr istəyən Zuckerberg İngiltərə Parlamentinin ''ifadə ver'' çağırışını rədd etmiş, şirkət, İngiltərə parlamentinin suallarını cavablamaq üçün idarəçilərinin bu ölkəyə gedəcəyini açıqlamışdı. Məlumat skandalı xəbəri ilə gündəmdən düşməyən Facebook-un dəyəri bu hadisədən sonra milyonlarla dollar aşağı düşdü. Amma bəlkə də Facebook-un üzləşdiyi ən böyük itki marka dəyəri oldu. 

    Linki kopyala