
Mark Zuckerberg özünü Facebook-un ən yaxşı rəhbəri hesab edir
Sosial Media
05.04.2018
Emil
Facebook şirkətinin təsisçisi Mark
Zuckerberg düşünür ki, 87 milyon istifadəçinin məlumat oğurluğu qalmaqalına
baxmayaraq o, Facebook üçün ən yaxşı rəhbər olaraq qalır. Zuckerberg bu barədə
jurnalistlərlə müsahibəsində qeyd edib. Xəbəri isə Techcrunch saytı yayıb.
Jurnalistlərdən biri Zuckerberg-ə sual verib ki, o özünü hələ də Facebook-un ən
yaxşı rəhbəri hesab etməyə davam edirmi?
Zuckerberg isə öz növbəsində bu cür
cavab verib: “Bəli. Düşünürəm ki, həyat səhvlərdən nəticə çıxardaraq irəi getməyə
sövq edən yeni şeylərin axtarışı imkanını verir”. Zuckerberg-in, şirkətin
direktorlar şurasının onun işdən azad edilməsi barəsində müzakirə edib-etməməsi
üzrə xəbəri yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, səhmdarlardan biri
olan Scott Stringer, Zuckerberg-in CEO vəzifəsindən getməsini tələb edib.
Scott-un idarəsində olan fondlar şirkət səhmlərinə 1 milyard dollar vəsait yatırıblar. Zuckerberg müsahibəsində qeyd edib ki, şirkət idealistik və optimistik
baxış tərzi ideologiyasını dəstəkləyir. Onun sözlərinə görə şirkət sosial şəbəkənin
zərər vermək məqsədli istifadəsini öncədən görə və bunun qarşısını ala bilmədi.
“Biz öz məsuliyyətliyimiz məsələsinə yetəri qədər diqqət ayırmadıq. Bu çox
böyük səhv idi. Bu mənim səhvim idi” – deyə Zuckerberg əlavə edib.
Paylaş
Bənzər xəbərlər