main-post-cover

    Məhkəmə qərar verdi: Telegram Rusiyada bloklanır

    Sosial Media
    13.04.2018
    Farid Pardashunas
    Bugün Moskvanın Tagan məhkəməsi Roskomnadzor-un Telegram messencerini Rusiya Federasiyası ərazisində bloklanması tələbini qəbul edib. Qeyd etmək lazımdır ki, Roskomnadzorun bu tələbi Telegram-ın, mesajlarının şifrədən çıxarılması üçün açarları RFTX-ə (Rusiya Federal Təhlükəsizlik Xidməti) verməkdən imtina etməsi səbəbi ilə qaldırılıb. Bu barədə Rusiyanın Tass saytı xəbər verib.
    “Məhkəmə Roskomnadzorun tələbənin yerinə yetirilməsinə qərar verib. Telegram messencerini məhdudlaşdırmaq və mesajların ötürülməsi üçün texniki şərtlərin yaradılmasını dayandırmaq” – deyə məhkəmə hakimi bildirib. Məhkəmə bu qərarın dərhal yerinə yetirilməsi göstərişini verib. “Messencerin məhdudlaşdırılması Telegram-ın, istifadəçilərin mesajlarının şifrələnmədən çıxaran açarı RFTX-ə təqdim edəcəyi müddətə kimi davam edəcək” – deyə məhkəmə qərarında bildirilib.
    Qeyd etmək lazımdır ki, 2017-ci ildə RFTX bildirmişdi ki, Rusiya Federasiyasında olan terror təşkilatlarının üzvləri Telegram messencerindəki yüksək şifrələnmə səviyyəsinə sahib gizli çatlardan istifadə edə bilərlər. Məlumata əsasən terrorçular 2017-ci ilin Aprel ayında Sankt Peterburq metropolitenindəki terror hadisəsinə hazırlıqları məhz Telegram-da görmüş ola bilərdilər. Həmin hadisədə 15 nəfər həyatını itirmişdi.
    Hüquq-mühafizə orqanları həmin vaxtda 6 şübhəli nömrənin mesajlarının şifrələnmədən çıxarılması sorğusunu Pavel Durov-a göndərmişdilər. Lakin Telegram bu sorğuya cavab verməmişdir. Sorğunun yerinə yetirilməsindən imtina səbəbilə Moskva məhkəməsi Telegram-ı 800.000 rubl dəyərində cərimələmişdir. 2017-ci ilin sonunda Telegram RFTX-nın qüvvədə olmayan əmrinin qəbul olunması iddiası ilə Rusiya Federasiyasının Ali Məhkəməsinə müraciət etmişdi. Lakin həmin iddia Rusiya Federasiyasının Ali Məhkəməsi tərəfindən ləğv olunmuşdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər