main-post-cover

    Mesajların pozulması üçün Messenger'də Unsend funksiyası yaxın zamanda aktiv ediləcək

    Sosial Media
    08.11.2018
    Farid Pardashunas
        Artıq çox yaxın zamanda göndərilmiş mesajları pozmaq üçün MessengerUnsend funksiyası əlavə olunacaq. iOS üçün olan messencerin 191.0 versiyasında tərtibatçılar qeyd ediblər ki, yaxın zamanda istifadəçilər çatlarda göndərdikləri mesajları silə biləcəklər. Lakin onlar bunu bir qədər tez etməli olacaqlar. Belə ki, Facebook mesajların silinməsi üçün 10 dəqiqə vaxt verəcək. Yəni istifadəçi hansısa mesajı göndərəndən sonra onun 10 dəqiqə vaxtı olacaq ki, həmin mesajı poza bilsin. Qeyd etmək lazımdır ki, Messenger-də Unsend funksiyası hələ Oktyabr ayında test olunurdu. Sözügedən funksiyanın istifadəyə verilməsinin tam dəqiq vaxtı qeyd olunmayb. Lakin çətin ki, istifadəçilər çox gözləyəcəklər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər