main-post-cover

    Məşhur Playboy jurnalının yaradıcısı Hugh Hefner, 91 yaşında vəfat etdi

    Sosial Media
    28.09.2017
    Farid Pardashunas
    Kişilər üçün nəşr olunan məşhur Playboy jurnalının yaradıcısı Hugh Hefner, 91 yaşında vəfat etdi.
    Onun vəfatı haqqında xəbər, jurnalın rəsmi Twitter səhifəsində bildirilib. “Başqasının arzusu ilə yaşamaq üçün həyat çox qısadır” – deyə Hugh Hefner bildirirdi.
    “Mənim atam, kütləvi informasiya vasitələrinin və mədəniyyətinin virtuozu, söz azadlığı, seksual azadlıq və vətəndaş hüquqları kimi müasir sosial hərəkatların arxasınca gedən insan kimi yaşayırdı” – deyə Hugh Hefner-in oğlu Cooper Hefner bildirib.

    Playboy, ABŞ-da 1953-cü ildən bəri kişilər üçün nəşr olunan jurnaldır. Müxtəlif zamanlarda həmin jurnalın üz qabığında Marilyn Monroe, Cindy Crawford, Pamela Anderson kimi ulduzların fotoları əks olunub. Playboy-un ilk nömrəsi, 1953-cü ildə 51.000-lik tirajla satışa çıxdı.
    Hal hazırda isə Playboy bütün dünyada müxtəlif dillərdə nəşr olunur. 2015-ci ilin Oktyabr ayında jurnal, tamamilə çılpaq modellərin fotolarının çəkilməsindən imtina etdi. Bu, jurnalın yaş reytinqinin PG-13-ə düşməsi üçün edilmişdi. Beləliklə onu yeniyetmə insanlar da ala bilərdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər