Logo
    main-post-cover

    Məşhur YouTuber-in bir sözü avtomobil şirkətinin az qala bütün səhmlərini itirməyinə səbəb olub!

    Sosial Media
    05.03.2024
    Farid
         Sosial media ilə həyatımıza daxil olan influencer-lər tez-tez öz rəy və qiymətləndirmələrini bizimlə paylaşırlar. Bu influncer-lərdən biri olan Marques Brownlee, Fisker avtomobilərindən birini test etdikdən sonra "indiyə qədər gördüyüm ən pis avtomobildir" dedi və onun bu sözlərindən sonra avtomobil şirkətinin səhmləri xeyli ucuzlaşmağa başlayıb.
         MKHBD-nin araşdırmasından sonra Fisker səhmlərinin kəskin şəkildə düşdüyü müşahidə edilib. Belə ki, Marques Brownlee icmal videosunu dərc etdikdən sonra şirkətin birja dəyəri pik dəyəri ilə müqayisədə 95,39% azalıb. Bu vəziyyət dürüst şəkildə bildirilən fikirlərin məhsul satışında necə önəmli rol oynadığını bir daha nümayiş etdirmiş oldu.
         Digər tərəfdən, Fisker şirkətinin vəziyyəti yalnız YouTube icmalı ilə əlaqələndirilmir. Belə ki, Fisker şirkəti daha öncə investorlara verdiyi açıqlamada 2024-cü ili bitirəcək qədər büdcələrinin olmadığını bildirmişdi.
    Paylaş