Logo
    main-post-cover

    Meta 20 milyard dollarlıq risklə üz-üzə

        Avropa Komissiyası Meta şirkətinə məxsus WhatsApp platformasında rəqib süni intellekt köməkçilərinin yenidən pulsuz fəaliyyət göstərməsini tələb edib. Qərar Komissiyanın Meta-ya qarşı davam edən antiinhisar araşdırması yekunlaşana qədər qüvvədə olacaq və bazarda rəqabətin qorunmasını hədəfləyir. Məlumata görə, Avropa Komissiyası bu addımı “rəqabətə ciddi və bərpası mümkün olmayan zərərin qarşısını almaq” üçün atıb. Qurum hesab edir ki, sürətlə inkişaf edən süni intellekt bazarında yekun qərarı gözləmək rəqib şirkətlərin bazardan sıxışdırılmasına səbəb ola bilər.
    WhatsApp to stop working on millions of phones - BBC News
        Araşdırma 2025-ci ilin dekabrında başlanmışdı. O zaman Meta-nın WhatsApp platformasında üçüncü tərəf AI çatbotlarının fəaliyyətini məhdudlaşdıraraq öz dominant mövqeyindən sui-istifadə edib-etmədiyi araşdırılmağa başlanmışdı. Şirkət daha sonra rəqib AI xidmətlərinə platformaya qayıtmağa icazə versə də, bunun üçün ödəniş tələb etmişdi.
        İndi isə Avropa Komissiyası Meta-dan həmin xidmətləri əvvəlki şərtlərlə, yəni tamamilə ödənişsiz şəkildə bərpa etməyi tələb edir. Qurumun rəqabət məsələləri üzrə komissarı Tereza Ribera bildirib ki, bu qərar Avropada AI köməkçiləri bazarında innovasiyaların və rəqabətin qorunmasına xidmət edir. Meta iyunun 15-dək bu tələbi yerinə yetirməlidir. Əks halda şirkət illik qlobal gəlirinin 10 faizinə qədər, təxminən 20 milyard dollar həcmində cərimə ilə üzləşə bilər. Meta isə qərarla razılaşmadığını açıqlayıb. Şirkətin nümayəndəsinin sözlərinə görə, Avropa Komissiyası faktiki olaraq OpenAI və digər böyük texnologiya şirkətlərinə ödənişli WhatsApp Business xidmətindən pulsuz istifadə imkanı yaradır və Meta bu qərardan apellyasiya şikayəti verəcək.
    Paylaş