Logo
    Meta az istifadə olunduğu üçün bir funksiyasını deaktiv edir

    Meta az istifadə olunduğu üçün bir funksiyasını deaktiv edir

    Sosial Media
    16.03.2026
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta şirkəti Instagram mesajlarında end-to-end encryption funksiyasını dayandıracağını açıqlayıb. Şirkətin rəsmi dəstək səhifəsində bildirildiyi kimi, bu funksiya 8 may 2026 tarixindən sonra dəstəklənməyəcək.
        Meta WhatsApp-dan fərqli olaraq, heç vaxt Instagram-da şifrələməni bütün istifadəçilərə standart olaraq təqdim etməyib. Yalnız müəyyən bölgələrdə olan istifadəçilər, mesajlar üçün ayrıca şifrələməni aktivləşdirə bilirdilər.
        Meta-nın sözçüsü bildirib ki, funksiyanın dayandırılmasının səbəbi onun az istifadə olunmasıdır.
    “Çox az istifadəçi DM-lərdə bu funksiyanı seçirdi, buna görə də bu seçimi yaxın aylarda Instagram-dan çıxarırıq. Kim şifrələnmiş mesajlaşmanı saxlamaq istəyirsə, bunu asanlıqla WhatsApp-da edə bilər”.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...