Meta Edits-i yeni AI alətləri və masaüstü dəstəyi ilə genişləndirir
Sosial Media
12.06.2026
Sevinj
Meta Los-Ancelesdə keçirdiyi tədbirində video montaj tətbiqi Edits üçün planlaşdırdığı yeni funksiyaları təqdim edib. Şirkət tətbiqə süni intellekt köməkçisi və masaüstü versiyası əlavə edəcəyini açıqlayıb.
Ötən il ByteDance-in CapCut platformasına rəqib kimi istifadəyə verilən Edits, yeni funksiyalar sayəsində həm mövcud istifadəçiləri saxlamağı, həm də yeni yaradıcıları cəlb etməyi hədəfləyir.
Meta hesab edir ki, bu inteqrasiya yaradıcıların əlavə AI alətlərinə ehtiyac duymadan birbaşa Edits daxilində məzmun planlaşdırmasına imkan verəcək və onları Instagram ekosistemində daha aktiv saxlayacaq.
Şirkət həmçinin Edits-in masaüstü versiyasını da təqdim etməyə hazırlaşır. Yeni versiya istifadəçilərə daha böyük ekranda daha dəqiq montaj imkanları yaradacaq və mobil cihazlarla sinxron işləyəcək. Bu yenilik Edits-i artıq masaüstü versiyası olan CapCut-la rəqabətdə daha güclü mövqeyə gətirə bilər.
Paylaş