Logo
    main-post-cover

    Meta Reddit-ə rəqib ola biləcək yeni “Forum” tətbiqini test edir

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta rəsmi təqdimat etmədən “Forum” adlı yeni tətbiqini istifadəyə verib. Yeni platforma əsasən Facebook Qrupları üçün yaradılıb və istifadəçilərin qruplardakı müzakirələri daha rahat izləməsinə fokuslanır. Şirkət tətbiqi “sizin üçün önəmli olan mövzuların müzakirə olunduğu məkan” kimi təqdim edir.
    Reddit's Rise: When AI Meets Millions of Conversations. While Meta and  Google are struggling with content that's less and less "human" and  sometimes very violent, the "forum social network" remains informative and
        “Forum” funksional olaraq müəyyən mənada Reddit-i xatırladır. Belə ki, Meta istifadəçilərin burada “real insanlardan real cavablar” ala biləcəyini vurğulayır. Bununla belə, tətbiq anonim platforma deyil. İstifadəçilər Facebook hesabı ilə daxil olmalı olacaq və mövcud profilləri, aktivlikləri avtomatik olaraq tətbiqə köçürüləcək. İstifadəçilər anonimləşdirilmiş istifadəçi adlarından yararlana bilsələr də, qrup administratorları onların real hesablarını görə biləcəklər.
        Ənənəvi Facebook lentindən fərqli olaraq, “Forum” tətbiqində əsas lent istifadəçinin üzv olduğu qruplardakı paylaşımlardan ibarət olacaq. Bununla yanaşı, tətbiq istifadəçinin maraqlarını öyrənərək ona uyğun digər qruplardan da məzmun tövsiyə edə bilər.
    Paylaş