Logo
    main-post-cover

    Meta, Snap və YouTube mütəxəssisləri yeni kontent yaradıcılarının ən böyük səhvlərini açıqladı

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, ABŞ-də keçirilən SXSW tədbiri çərçivəsində baş tutan “Your First 90 Days as a Creator” adlı paneldə sosial media platformalarının nümayəndələri yeni başlayan kontent yaradıcıları üçün vacib tövsiyələr və ən çox edilən səhvlər barədə danışıb. Paneldə Instagram, Snapchat və YouTube-un yaradıcı tərəfdaşlıq komandalarında çalışan mütəxəssislər iştirak edərək, alqoritmlərin diqqətini cəlb etməyin yollarını izah ediblər.
        Ekspertlər əsasən karyerasının ilkin mərhələsində olan yaradıcılarla işlədiklərini və onların auditoriya qurarkən eyni səhvləri tez-tez təkrarladıqlarını bildiriblər. Mütəxəssislərin sözlərinə görə, yeni kontent yaradıcılarının ən böyük səhvlərindən biri bütün trendlərin arxasınca qaçmaqdır. Onların fikrincə, trend populyardır deyə ona qoşulmaq məcburi deyil. Əsas məsələ yaradıcıya uyğun olan və onun fərdi baxışını əks etdirə bilən mövzuları seçməkdir. Ekspertlər vurğulayıb ki, auditoriya orijinallığı daha tez hiss edir və fərqli yanaşma təqdim edən kontent daha uzunömürlü olur.
        Panel iştirakçıları həmçinin süni intellekt və analitik alətlərdən istifadə etməyi tövsiyə ediblər. Bu vasitələr viral trendlərin həyat dövrünü izləməyə və hansı məqamda kontent paylaşmağın daha effektiv olduğunu anlamağa kömək edir. Onların fikrincə, ilk 90 gün yaradıcı üçün ən kritik dövrdür. Bu mərhələdə məqsəd sadəcə viral olmaq deyil, öz üslubunu formalaşdırmaq və alqoritmlə “dostlaşmaqdır”.
    Paylaş