Meta süni intellekt üçün News Corp ilə milyonlarla dollarlıq məzmun müqaviləsi imzaladı
Sosial Media
04.03.2026
Ilhama
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta süni intellekt sistemlərini gücləndirmək məqsədilə media şirkəti News Corp ilə böyük məbləğli lisenziya müqaviləsi bağlayıb. Razılaşmaya əsasən, Meta AI artıq The Wall Street Journal və News Corp-a məxsus digər media brendlərinin məzmunundan həm çatbot cavablarında istifadə edə, həm də süni intellekt modellərinin təlimində yararlana biləcək.
News Corp Engadget-ə müqavilənin bağlandığını təsdiqləsə də, rəsmi şərtlər açıqlanmayıb. Bununla belə, The Wall Street Journalın məlumatına görə, Meta üç illik razılaşma çərçivəsində News Corp-a ildə 50 milyon dollara qədər ödəniş edə bilər. Müqavilə ABŞ və Böyük Britaniyada fəaliyyət göstərən müxtəlif media brendlərinin məzmununu əhatə edir.
Qeyd edək ki, News Corp daha əvvəl OpenAI ilə təxminən 250 milyon dollar dəyərində beşillik əməkdaşlıq müqaviləsi imzalamışdı. Şirkətin baş direktoru Robert Thomson Morgan Stanley-in Texnologiya, Media və Telekommunikasiya konfransında çıxışı zamanı bildirib ki, media şirkəti digər texnologiya firmaları ilə də danışıqların son mərhələsindədir.
Meta hələlik müqavilə ilə bağlı əlavə şərh verməyib. Şirkət son aylarda süni intellekt strategiyasını yenidən qurarkən USA Today, People, CNN və Fox News kimi media qurumları ilə də çoxillik lisenziya razılaşmaları imzalayıb.
Paylaş