Meta-ya qarşı planlaşdırılan sosial media asılılığı məhkəməsi ləğv edildi
Sosial Media
23.07.2026
Sevinj
ABŞ-də Meta-ya qarşı yeniyetmələrdə sosial media asılılığı yaratdığı iddiası ilə açılan növbəti mühüm məhkəmə prosesi baş tutmayacaq. Məhkəmənin başlamasına bir həftədən də az vaxt qalmış 15 yaşlı iddiaçı R.K.C. Meta-ya qarşı iddiasını geri götürüb. Bu iş sosial media platformalarının yeniyetmələr üçün qəsdən asılılıq yaradan funksiyalar hazırladığı və bunun psixoloji zərərə səbəb olduğu iddialarını yoxlamaq məqsədilə seçilmiş "sınaq məhkəmələri"ndən biri idi.
Məlumata görə, R.K.C. daha əvvəl eyni iddialarla üzləşən TikTok, Snap və YouTube ilə məbləği açıqlanmayan razılaşmalar əldə edib. İddiaçının vəkilləri bildiriblər ki, uzun və ağır məhkəmə prosesini davam etdirmək əvəzinə, o, müalicəsinə və normal həyatına qayıtmağa fokuslanmaq üçün Meta-ya qarşı iddiasını geri götürmək qərarına gəlib. Beləliklə, Meta bu iş üzrə heç bir təzminat ödəmədən məhkəmə prosesindən çıxmış oldu. Şirkətin sözçüsü Endi Stoun isə bildirib ki, bu nəticə Meta-nın əsassız hesab etdiyi iddialara qarşı müdafiəsini davam etdirəcəyini göstərir.
Paylaş
