MKBHD-nin “Panels” tətbiqi rəsmi olaraq bağlanır
Sosial Media
02.12.2025
Sevinc
Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, Məşhur texnoloji YouTuber Marques Brownlee (MKBHD) öz tətbiqi olan Panels-in bağlandığını açıqlayıb. YouTube-da 20 milyondan çox izləyicisi olan Brownlee-nin ilk mobil tətbiqinə böyük ümidlər olsa da, layihə istənilən auditoriyanı cəlb edə bilməyib.
Tətbiq sentyabr 2024-də istifadəyə verilmişdi və Brownlee-nin illərdir video icmallarında istifadə etdiyi yüksək keyfiyyətli divar kağızlarına olan maraqdan ilhamlanmışdı. Brownlee yayımladığı özəl YouTube videosunda tətbiqin niyə bağlandığını belə izah edib: “Kütləvi auditoriya üçün deyil, amma ilk dəfə tətbiq hazırlayanda bir sıra səhvlər etdik. Üstəlik, komandanın tərkibində dəyişikliklər oldu və layihəni böyütmək üçün lazım olan uyğun insanları tapa bilmədik”.
Panels rəssamlarla əməkdaşlıq edərək premium, yüksək çözünürlüklü divar kağızları təqdim edirdi. Abunəlik qiymətləri isə kifayət qədər yüksək idi:
- Ayda 12 dollar
- İldə 50 dollarTətbiq 31 dekabr 2025 tarixində tamamilə bağlanacaq. Aktiv illik abunəsi olan istifadəçilərə avtomatik olaraq geri ödəniş ediləcək.
Paylaş