
Növbədə YouTube-dur: Videoservisdə məşhur kanallara abunəlik aylıq ödəniş əsaslı olacaq
Sosial Media
22.06.2018
Emil
YouTube videoservisi məşhur
kanallara abunəliyi aylıq ödəniş əsaslı edəcək. 100.000-dən çox abunəçisi olan
videobloqqerlər aylıq abunəçilik haqqının 4.99$ təşkil edəcəyi fan-klublar
yarada biləcəklər. Bununla yanaşı aylıq abunə haqqından əlavə vəsait ödəyəcək
istifadəçilər həmdə əlavə özəlliklərə sahib olacaqlar. Plana əsasən
kanallardakı “Subscriptions” bölməsi “Channel Memberships”ə çevriləcək.
Əlavə
ödəniş edildikdə əldə olunacaq xüsusi özəlliklər qismində isə eksklüziv
kontentlər çıxış edəcəklər. Videobloqqerlər üçün bu cür vəsait qazancı
funksiyaları YouTube əməkdaşları tərəfindıən VidCon konfransında anons olunub.
Bununla yanaşı bildirilib ki, yeni funksiyanın beta test mərhələsi uğurla
yekunlaşıb. Aylıq abunə haqqı əsaslı abunəçilik sxemi sosial platformalarda
getdikcə daha da çox yayılır. Belə ki, dünən verdiyimiz xəbərdə qeyd olunmuşdu
ki, Facebook-da qrup adminləri öz qruplarına abunəliyi aylıq ödəniş əsaslı edə
biləcəklər.
Paylaş
Bənzər xəbərlər