
Instagram-a daha bir vacib yenilik gəlir (VİDEO)
Sosial Media
07.05.2017
Farid
Instagram-ın CEO-su Kevin Systrom-un verdiyi məlumata əsasən şirkət tətbiqdə olacaq canlı yayım funksiyası üzərində çalışır.
Şirkətin planına əsasən canlı
yayım funksiyası Instagram-ın Stories bölməsində reallaşdırılacaq. Məşhur
fotoservis, Facebook Live və Perisope kimi canlı yayımları etməyə imkan verəcək.
Yeni funksiyanın yaxın zaman ərzində təqdim olunacağı gözlənilir. "Technote.az”ın
"Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən yeni funksiyanın necə işləyəcəyi
haqqında şirkət heç bir məlumat verməyib. Canlı yayım, tətbiqin Stories bölməsində
real zamanda əks olunacaq. Keçən ayın sonunda tətbiqin Android versiyasının
rusiyalı istifadəçisi Stories bölməsində Live düyməsini aşkar etmişdi. Həmin
düyməyə kliklədikdə isə "Məşhur canlı yayımlar” bölməsinə keçid olunurdu. Lakin
həmin vaxtda sözügedən bölmədə heç bir video yox idi.
Paylaş
Bənzər xəbərlər