
Instagram-a yeni xüsusiyyətlər əlavə olundu
Sosial Media
07.05.2017
Farid
Facebook, Snapchat-la olan mübarizəsini davam etdirməkdə iddialıdır. Elə buna görə də Instagram bütün Snapchat xüsusiyyətlərini özünə əlavə etməkdə davam edir.
Hər dəfəsində öz sahib olduğu platformalara
yenilik edən Facebook, bu dəfə də Instagram-a yeni bir xüsusiyyət əlavə edib.
Yeni xüsusiyyət istifadəçiyə şəkillərini daha maraqlı formaya salmağa şərait
yaradacaq.
Instagram, Snapchat-ın yerini almaqda iddialıdır
Instagram-da Hekayələr formatındakı foto və
videolara artıq stikerlər yapışdırmaq mümkün olacaq. Yeni xüsusiyyət nəticəsində
şəkilləriniz daha rəngarəng olacaq.
İstifadəçi çəkdiyi foto və ya videoya uyğun
hesab etdiyi stikerləri seçərək onu görüntüdə yerləşdirə biləcək. Hətta istək
daxilində stikerin ölçüsünü və yerini dəyişdirə biləcək.
Istagram, xüsusi olaraq qeyd olunan
vaxtlara aid stikerləri də istifadəyə verəcək. Buna misal olaraq Yeni ilə aid
stikerləri misal göstərmək olar.
Paylaş
Bənzər xəbərlər