
Instagram-dan şəkil yükləmə qaydası (Proqramsız)
Sosial Media
07.05.2017
Farid
Instagramda hər hansısa bir şəkli yükləmək, ən çox axtarılan detallardan biridir.
Mobil Instagram üçün əlavə tətbiqetmələr
vasitəsilə mümkün olan şəkil yükləmənin Web versiya üçün necə edilə
bilinəcəyinin detalları aşağıdakı kimidir.
Əvvəlcə Instagramda yükləmək istədiyiniz şəkilə daxil olursunuz və mouse-un sağ düyməsinə klikləyirsiniz.

Daha sonra Chrome-u istifadə etdiyiniz dildən asılı olaraq "Koda bax" bölməsinə klikləyərək kodları açırıq.

Açılan kodun bir üst <div> inin oxuna klikləyirik.

Açılan kod bölməsində şəkil linkini görəcəksiniz.

Şəkilin üzərində Mouse-un sağ düyməsinə klik edərək, "yeni səhifədə aç" deyirik.

Yeni səhifədə açılan şəkilə daxil olaraq, "Şəkili kompüterdə yaddaşda saxla" bölməsini seçirik.

Və bu qədər, yükləmək istədiyiniz şəkil artıq sizin kompüterinizdədir. Sadəcə bir neçə saniyədə şəkilləri kompüterinizə yükləyə bilərsiniz. Bunun üçün əlavə bir proqram yükləməyə ehtiyacınız olmayacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
