
Instagrama "CANLI YAYIM" xüsusiyyəti gəlir!
Sosial Media
07.05.2017
Farid
Məşhur şəkil paylaşım servisi Instagrama canlı yayım dəstəyinin gələcəyi danışılır. Rus mənbələrinə əsasən xüsusiyyət test edilərkən istifadəçilər tərəfindən təsadüfən görülüb.
Son vaxtlarda Facebookun Snapchatı satın ala bilməməsindən
sonra İnstagrama hekayələr xüsusiyyəti əlavə edilmiş və rəqabət daha da
qızışmışdı. İndi isə Rus əsilli qaynaqlara görə məşhur sosial media
platformasına canlı yayım dəstəyi gələcək.
"Technote.az”ın "Engadget”ə istinadən verdiyi xəbərə görə,
Rus xəbər saytı Tjournal redaksiyasına müxtəlif ekran görüntüləri yollayan istifadəçi, canlı yayım dəstəyinin gəldiyini bildirib. İstifadəçidən gələn ekran görüntülərinə
görə tətbiqin ən üst hissəsində yer alan hekayələr bölməsində bir çərçivə içərisində CANLI yazısı yazılır. Canlı yayına daxil olduqda məşhur canlı yayımlar başlığında bir səhifəyə yönləndirir, lakin səhifə xəta verərək yüklənmir. Eyni
zamanda həmin istifadəçi, Go Insta! adı verilən böyük bir qırmızı düymə vasitəsilə
canlı yayıma da girilə biləcəyini əlavə edib. Təbii ki, Facebook hələ bu
xüsusiyyəti rəsmi olaraq təqdim etmədiyi üçün canlı yayımlar nə izlənilə nə də yaradıla
bilinir. Ancaq görünüşə görə yeniliyi ilk yoxlayacaq istifadəçilər artıq seçilməyə
başlayıb.
Paylaş
Bənzər xəbərlər