
Instagramdan həm istifadəçiləri həm də Marketoloqları sevindirəcək iki yeni Funksiya
Sosial Media
Rəqəmsal Marketing
07.05.2017
Farid Pardashunas
Instagram Hekayə xüsusiyyəti üçün statistika və reklam funksiyaları təqdim edildi. Artıq Instagram hekayələrinə reklam verilə bilinəcək və məzmunların statistikaları da görülə biləcək.
Facebook, Instagrama gətirdiyi hekayə xüsusiyyətindən
sonra, bu xüsusiyyətə yeni funksiyalar əlavə etdiyini elan etdi. Əlavə olaraq
Facebook, Instagram ilə bağlı ən son statistik məlumatları da paylaşdı.
Oktyabr ayında gündə 100 milyon insanın istifadə etdiyi Instagram Hekayələri, bugün gündə 150 milyon insan tərəfindən istifadə edilir. Hər
beş mesajdan birinin, izləyicilərdən mesajla cavablandırıldığını da açıqlayam
Facebook, xüsusilə bu barədə iddialı olduqlarını vurğuladı.
Facebook, sürətlə Instagrama əlavə etdiyi və böyütdüyü
Hekayələr xüsusiyyətindən, indi də reklamlarla pul qazanacaq.
Instagram artıq, hekayələrdə də reklam göstərəcək. Hekayələrdən
link almaq və birbaşa mesaj üzərindən firmalarla əlaqə qurmaqdan başqa, şirkətlərə
nümayişdən əlavə imkanlar təklif ediləcək. Instagram istifadə edən insanların
70%-I bir şirkəti izləyir və platformada ən çox izlənilən hekayələrin üçdə biri
şirkətlərin paylaşdığı hekayələrdir. Hekayələrin təxminən 70%-i səsli
videolardan ibarət ikən, yüzdə 25%-i Boomerang videoları, sadəcə 5%-i isə şəkillərdən ibarətdir.
Buna görə də Instagram, Facebook üçün olduqca ciddi bir reklam qapısıdır.
Hekayə Statistikaları: Qlobal olaraq istifadəyə verilən Hekayə Statistikaları vasitəsilə Instagram da şirkət profilləri hər hekayə üçün
statistik məlumatları görə biləcəklər. Bu statistikaları görüntüləyərək, hədəf
kütlələrinə daha uyğun, onlar üçün daha mənalı məzmunlar yarada biləcəklər.
Hekayə Reklamları: Instagram eyni zamanda Hekayələrdə tam
ekran reklamları da test etməyə başlayıb. Hədəfləmə, çatmaq və ölçmək kimi
xüsusiyyətlərə sahib olacaq olan reklamlar ilə müəssisələr hekayələri izləyən
insanların maraq dairələrinə uyğun məzmunlar yarada biləcəklər. Hekayələrin təxminən 70%-nin səsli izləndiyi əsas götürülərsə, reklam verənlər, tam ekran
reklamlarda insanlara maraqlı videolar ilə çatmağa çalışacaqlar.
Facebook və Instagram rəhbərləri mövzuyla bağlı nə dedilər?
Instagram rəhbərliyindən Amy Cole, mövzu ilə bağlı olaraq
bunları dedi:
"Instagram cəmiyyəti, Instagram Hekayələrini böyük bir
yaradıcılıqla qucaqladı və bugün gündə 150 Milyondan çox insan Instagram Hekayələrini
istifadə edir. Son beş aydır insanların həqiqətən şirkətlərin hekayələrinə
maraq göstərdiklərini müşahidə etdik; belə ki, ən çox izlənilən hekayələrdən 3-də 1-i, şirkətlərin hekayələrindən ibarətdir. Bugündən etibarən şirkətlər
Instagram Hekayələrində reklamları istifadə edərək qlobal kütləyə, insanların
sevdiyini bildiyimiz istehlakçı təcrübəsini istifadə edərək əlaqə qura biləcək.
İrəlidəki aylarda bütün şirkətlər üçün aktiv olacaq bu yeni reklam formatına şirkətlərin necə reaksiya verəcəklərini görmək üçün həyəcanlanırıq”
Linki kopyala
Həftənin xəbərləri

