Logo
    main-post-cover

    Növbəti 5 il ərzində Facebook-da nə baş verəcək?

    Sosial Media
    08.05.2017
    Növbəti 5 il ərzində mətnli postlar Facebook-dan yoxa çıxacaq və onları videolar əvəz edəcək. Bu barədə Facebook-un Avropa, Yaxın Şərq və Afrika üzrə vitse prezidenti Nicola Mendelsohn bildirib. Vacib bir tədbirdə çıxışı zamanı Mendelsohn qeyd edib ki, Facebook-da videolar son zamanlar çox məşhurlaşıb. Keçən il videoların gündəlik baxış sayı 1 milyarddan 8 milyarda qalxıb. Facebook-un smartfonlar üçün olan tətbiqinin istifadəçiləri isə gün ərzində 100 milyonlarla saat videolar izləyirlər. Bundan əlavə olaraq canlı yayım videoları öncədən çəkilmiş videolara nisbətdə 10 dəfə çox komment əldə edir. Soaial şəbəkədə paylaşılan mətnli postların isə sayı getdikcə azalır. Əldə olunmuş nəticələr əsasında Mendelsohn bildirib ki, növbəti 5 il ərzində mətnli postlar Facebook-dan ümumilikdə yox olacaq. İstifadəçinin xəbər lentində olacaq məlumatlar isə monoloq şəklində videoya çəkilib paylaşılacaq. Görünür sosial şəbəkələrin gələcəyi videoaxınların, videokonfransların və videoçatların üzərində qurulacaq. Təbii ki, belə bir sual da ortaya çıxır. Facebook 5 ildən sonra öz aktuallığını qoruya biləcəkmi?
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Növbəti 5 il ərzində Facebook-da nə baş verəcək? | Technote