
PewDiePie yenə diqqət mərkəzində. Blogger, rasizmlikdə ittiham olunur və videoları blocklanır (VİDEO)
Sosial Media
11.09.2017
PewDiePie ləqəbi ilə tanınan məşhur videoblogger Felix Kjellberg-i bu dəfə rasizmlikdə ittiham ediblər.
Belə ki, o, son zamanlar çox məşhur olan PlayerUnknown’s
Battlegrounds adlı oyundan canlı yayım edərkən “niger” sözündən istifadə edib. “Bu
nə gicbəsər nigerdir? Aman tanrım, üzr istəyirəm, lakin lənətə gəlsin nə baş
verir?” – deyə blogger, oyun zamanı bildirmişdi. Felix-in bu reaksiyası, Campo
Santo adlı studiyanın təsisçilərindən biri Sean Vanaman-ın diqqəini çəkib. O isə
öz növbəsində müəllif hüquqlarının pozulması səbəbilə PewDiePie-a şikayət
yığılması üçün oyun yaradıcılarına səslənib. “Bu uşağın bizim əziyyətlərimizin
üzərindən necə pul qazandığını görmək, ürəyimi bulandırır” – deyə Vanaman öz Twitter
hesabında bildirmiş və YouTube-dan studiyanın ilk oyunu Firewatch-a aid
Felix-in bütün videolarının block olunmasını tələb etmişdir. Vanaman-ın bu tələbindən
sonra YouTube, PewDiePie-ın videolarını block etməyə başlayıb. Felix isə bu
hadisə ilə bağlı hələki heç bir açıqlama verməyib. 27 yaşlı Felix-in YouTube
kanalına 57 milyon insan abunə olub. Forbes jurnalının məlumatlarına əsasən
Felix, dünyanın ən çox qazanan videobloggerləri siyahısında birinci yerdədir və
onun illik gəliri 12 milyon dollar təşkil edir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...