main-post-cover

    Reddit 10 illik aradan sonra ilk dəfə dizaynını dəyişdi

    Sosial Media
    03.04.2018
    Emil Nəcəfov
        Məşhur Reddit saytı son 10 ildə özünün ilk yeni dizaynını təqdim etdi. Saytın yeni dizaynından istifadəçilər artıq bugündən başlayaraq istifadə edə bilərlər. Bununla yanaşı yeni dizayndan istifadə edəcək istifadəçilər həmçinin istədikləri vaxt saytın köhnə dizaynına da qayıda bilərlər. Belə ki, tərtibatçılar köhnə dizaynı deaktiv etməyi planlaşdırmırlar. Dizayn yenilənməsindən sonra Reddit 3 versiyada istifadəçilər üçün aktivdir: Kart, klassik və kompakt. Xarici resurslara və Reddit daxili paylaşımlara olan linklər müxtəlif şriftlərlə ayrılacaqlar. Paylaşımların özləri isə bir qovluğun daxilində açılacaqlar. Layihənin komandası həmçinin saytın yenilənmiş maskotunu da təqdim edib.
    Saytın kart versiyası:
    Saytın klassik versiyası:
    Saytın kompakt versiyası:
    Reddit maskotunun yenilənmiş versiyası:

    Linki kopyala