main-post-cover

    Reddit sosial platforması 300 milyon dollar investisiya alaraq bazar dəyərini 3 milyard dollara yüksəltdi

    Sosial Media
    12.02.2019
    Farid Pardashunas
        Məşhur sosial platforma olan Reddit növbəti investisiya raundunu 300 milyon dollarlıq investisiya ilə yekunlaşdırıb və öz bazar dəyərini 3 milyard dollara yüksəldib. Bu barədə CNBC saytı xəbər verib. Yeni investisiya raundunda Çinin Tencent şirkəti, platformanın hal hazırki investorları qismində çıxış edən Sequoia, Fidelity investisiya firmaları və həmçinin məşhur reper Snoop Dog iştirak ediblər. Tencent şirkəti yeni investisiya raundunda Reddit-ə 150 milyon dollar investisiya yatırıb. Qeyd etmək lazımdır ki, 2018-ci ilin avqust ayında keçirilmiş investisiya raundu çərçivəsində Reddit platforması 200 milyon dollar investisiya əldə etmiş və öz bazar dəyərini 1.8 milyard dollara kimi yüksəltmişdi
        CNBC ilə müsahibsində Reddit platformasının həmtəsisçisi və CEO-su Steve Huffman qeyd edib ki, şirkət mütəmadi olaraq platformanı təhqirlərdən və arzuolunmaz davranışlardan qoruyan sistemlərə investisiyalar edir. Bu həm istifadəçilərin rahatlıqları üçün həm də reklam verənlər üçün yaxşı şəraitlərin yaradılması səbəbilə edilir. “Biz reklam biznesini yenidən ixtira edirik. Həm texnoloji tərəfdən həm də bizim, istifadəçilərə və reklam verənlərə təqdim edə biləcəyimiz dost mühiti tərəfdən. Biz reklam büdcələri uğrunda qarşıdurmadan danışanda təbii ki, biz Google Facebook barəsində danışırıq. Bu şirkətlər həmin vəsaitlərdən özlərinə yüksək pay göstəriciləri götürürlər. İstifadəçilər uğrunda mübarizədən danışanda isə biz dünyada bütün istifadəçilərin öz boş zamanlarını sərf etdikləri hər bir şey ilə rəqabət aparırıq” – deyə Steve Huffman qeyd edib.
        Tencent şirkətinin Reddit platformasına olan marağından danışan zaman Huffman bildirib ki, Tencent şirkəti videooyunlara külli miqdarda investisiyalar yatırır. Bu kateqoriya isə Reddit platformasında çox məşhurdur. Reddit plaformasının özü Çində deaktiv edilib. Reddit platforması yeni istifadəçilərin cəlb olunması üçün saytın sadələşdirilməsi hesabına böyüyə bilər. Adətən saytın qəliz interfeysi istifadəçiləri qorxudur. Bundan əlavə olaraq Huffman-ın fikrincə Reddit platforması həmçinin ABŞ-dan kənarda da təkmilləşdirilərək böyümə potensialına sahibdir. Lakin şirkət servisin öz doğma ölkəsində ənənəvi dil və mədəniyyəti ilə ideal çalışmasını istəyir. Bu istiqamətdə isə hələ çox iş var.
        Özünü “Internetin əsas səhifəsi” adlandıran Reddit auditoriyasının aylıq aktiv istifadəçi kütləsi 330 milyon insan təşkil edir. Onlardan yarısı 18-24 yaş aralığı olan insanlardır. Reklam verənlər isə həmin insanlara çox böyük maraq göstərirlər. Reddit platformasının gəlirləri barəsində Huffman heç bir məlumat vermir. Lakin CNBC jurnalistlərinin verdikləri məlumata əsasən Reddit keçən il ilk dəfə olaraq 100 milyon dollardan çox gəlir əldə edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər