
Rusiya 2025-ci ildə WhatsApp-ı bloklamağı planlaşdırır!
Sosial Media
25.12.2024
Aslan
Rusiya 2025-ci ildə məşhur WhatsApp mesajlaşma proqramını bloklamağı planlaşdırır. Rusiyalı senator Artyom Sheykin RİA Novosti-yə açıqlamasında bildirib ki, platforma istifadəçi məlumatlarını Rusiya təhlükəsizlik xidmətləri ilə bölüşməkdən imtina edərsə, bloklanma ehtimalı daha da artacaq.
Rusiya Dövlət Dumasının üzvü Oleg Matveychev WhatsApp-ın terrorçu və radikal qruplar tərəfindən istifadə edildiyini iddia edib. Matveychev platformanın Rusiya təhlükəsizlik qurumları ilə əməkdaşlıq etməkdən imtina etdiyini vurğulayaraq belə deyib: "Rusiya hakimiyyət orqanları WhatsApp-ın əməkdaşlığa açıq olub-olmadığını görəcək. Top indi onların meydançasındadır".

Dekabrın 19-da Rusiyanın media tənzimləyicisi Roskomnadzor, WhatsApp və Skype-ı istifadəçi məlumatlarını Rusiyada saxlamağı və təhlükəsizlik qurumlarına təqdim etməyi məcburi edən bir reyestrə daxil edib. Lakin WhatsApp rəhbərliyi hələlik bu qaydalara əməl etmək üçün addım atmayıb. Rusiya bundan əvvəl terrorla mübarizə qanunlarını pozduğu səbəbiylə populyar mesajlaşma tətbiqi Viber-i də bloklamışdı. Facebook, Instagram və keçmiş adı ilə Twitter (indiki X) kimi sosial media platformalarına isə Ukraynanın işğalının ilk günlərindən etibarən Rusiyada VPN olmadan giriş mümkün deyil.
Rusiya hökumətinin populyar mesajlaşma tətbiqlərində beynəlxalq zəngləri tamamilə qadağan etmək və ya xarici istifadəçilərin zənglərini məhdudlaşdırmaq kimi yeni addımlar atmağı planlaşdırdığı barədə də məlumatlar dolaşır. Kommersant qəzetinə görə, bu qərar fırıldaq məqsədli zənglərin artması səbəbindən gündəmə gəlib və bu zənglərin təxminən 70%-nin xaricdən edildiyi qeyd olunub.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
