main-post-cover

    Sentyabrın 15-dən Facebook-da 17 kontent növünün reklam ilə qaldırılmasına qadağa qoyulacaq

    Sosial Media
    25.08.2017
    Emil Nəcəfov

    Bu ilin 15 Sentyabr tarixindən etibarən “Facebook” öz sosial şəbəkəsində 17 növ kontentin rekalm vasitəsilə qaldırılmasına qadağa qoyacaq.

    Sosial şəbəkə əsasən mağazalardan olan məhsulların, müəyyən yerlərin məsləhəti, idman hadisələri, yeni profil fotosu haqqında postların, faylların və fayllarla olan repostları və s. kontenlərin reklam vasitəsilə qaldırılmasına qadağa qoyacaq. Şirkət bildirib ki, yeni qaydalar, Facebook-da reklam elanlarının biznes üçün dəyərlənmə göstəricisinin yüksəldilməsi məqsədilə əlavə olunub. Sosial şəbəkənin fikrincə onun qadağa qoyduğu kontentin reklam edilməsindən inkişaf məqsədilə çox nadir hallarda istifadə edirlər. Bu cür reklamlar isə reklamverənlərin məqsədlərinə uyğun gəlmir.

    Linki kopyala