
Şifrələri eyni olan şəxsləri birləşdirən yeni tanışlıq saytı
Sosial Media
14.02.2018
Emil
İnternetdə sizinlə eyni vərdişlərə, maraqlara və giriş üçün nəzərdə tutulmuş şifrəyə sahib şəxsi tapan yeni sayt istifadəyə verilib.

Gün ərzində məlumatların oğurlanmasına baxmayaraq insanlar hələ də “12345” və “password” kimi sadə giriş şifrələrindən istifadə edirlər. İstifadəyə verilmiş Words of Hearts adlı yeni sayt sizin kimi tənbəl olaraq qəliz giriş şifrəsi fikirləşməyə cəhd etməyən insanla sizi bir araya gətirəcək.

Bu sayta daxil olaraq “password” və ya hansısa digər sadə şifrəni yazıb özünüz yoxlaya bilərsiniz. Görəcəksiniz ki, sizin kimi çoxlu sayda insan bu cür şifrələrdən istifadə edir. Saytın yaradıcısı Krzysztof Zajac bildirib ki, Words of Hearts sadəcə olaraq zarafat üçün yaradılıb. Lakin o həmçinin qeyd edib ki, saytın funksionallığı tamamilə işləkdir. Əgər siz sevginizi bölüşəcək ikinci bir şəxsi axtarırsınızsa heç bir yerdə işlətmədiyiniz sadə bir şifrə fikirləşin və sayta daxil olun. Lakin şifrəni o qədər də unikal etməyin. Əks halda sevgidə bəxtiniz gətirməyəcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
