main-post-cover

    Şifrələrinizi dəyişin: Twitter'də sistem boşluğu olub

    Sosial Media
    04.05.2018
    Farid Pardashunas
    Mikrobloqlar üçün olan Twitter sosial şəbəkəsi öz sistemində baş vermiş səhvdən danışıb. Həmin səhv ucbatından istifadəçilərin şifrələri müəyyən müddət ərzində daxili kompüter şəbəkəsində açıq mətn kimi görünüb. Təhlükəsizliyin təmin olunması baxımından sosial şəbəkə özünün 300 milyon istifadəçisini şifrələri dəyişməyə çağırıb. Məlumata əsasən sözügedən problem artıq aradan qaldırılıb və heç bir məlumat sızıntısı yoxdur.
    “Bir neçə müddət bundan öncə biz sosial şəbəkənin sistemində bir boşluq aşkar etmişdik. Həmin boşluq ucbatından istifadəçilərin şifrələri şifrələnməmiş şəkildə qalmışdılar. Biz həmin sistem boşluğunu artıq aradan qaldırmışıq və istintaqımızın nəticəsində məlum olub ki, heç bir kənar şəxs hansısa istifadəçinin özəl məlumatlarını əldə etməyib” – deyə şirkət bildirib.
    Bununla belə hansı sayda şifrənin ortaya çıxması barəsində Twitter heç bir məlumat verməyib. Buna baxmayaraq əlavə təhlükəsizliyin təmin olunması üçün istifadəçilərin öz şifərlərini dəyişməyi məsləhət görülür. Reuters saytının məlumatına əsasən söhbət çoxlu sayda istifadəçinin şifrəsindən gedir. Həmin problem bir neçə ay ərizndə olduğu kimi qalıb. Şirkət isə onu yalnız bir neçə həftə bundan öncə aşkar edə bilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər