Logo
    main-post-cover

    Signal iPhone istifadəçiləri üçün şifrəli backup funksiyasını aktivləşdirdi

    Signal iOS istifadəçiləri üçün yeni ehtiyat nüsxə funksiyasını istifadəyə verib. Bu funksiya telefon itdikdə və ya zədələndikdə mesajları və media fayllarını bərpa etməyə imkan yaradır.
    Pulsuz paket çərçivəsində istifadəçilər 100 MB-a qədər mətn mesajını və son 45 gün ərzində göndərilən foto, video, GIF və digər faylların ehtiyat nüsxəsini saxlaya bilirlər. İstifadəçilər əlavə olaraq aylıq 1.99 dollar ödəməklə bütün mətn mesajlarının ehtiyat nüsxəsini və 45 günlük limitdən əlavə 100 GB-a qədər media faylının saxlanmasını təmin edən genişləndirilmiş paketi seçə bilərlər.
    Signal bu funksiyanı ilk olaraq sentyabr ayında Android-də istifadəyə vermişdi. Ehtiyat nüsxələr tam olaraq ucdan-uca şifrələmə ilə qorunur. Backup-a daxil olmaq üçün cihazınız tərəfindən yaradılan 64 simvolluq bərpa açarı tələb olunur. Şirkət bildirir ki, bu açar itirilərsə, onun bərpa olunmasına yardım edə bilməz.
    Funksiyanı aktivləşdirmək üçün tətbiqin Settings bölməsinə keçib Backups menyusunu açmaq, daha sonra Setup > Enable Backups düymələrini seçmək kifayətdir. Bərpa açarını təsdiqlədikdən sonra istifadəçi pulsuz və ya pullu planlardan birini seçə bilər. Bundan sonra Signal mesaj və media fayllarının ehtiyat nüsxəsini yaratmağa başlayır.
    Şirkət yaxın vaxtlarda bu funksiyanın masaüstü tətbiqinə də əlavə ediləcəyini və gələcəkdə Android, iOS və desktop arasında şifrələnmiş mesaj tarixçəsinin köçürülməsinin mümkün olacağını açıqlayıb.
    Paylaş