
Videozəng servisi olan Skype öz mobil versiyasının yeni dizaynını və funksiyalarını təqdim etdi.
Yeni funksiyalar arasında həmçinin Snapchat-da olan Stories-ə bənzər funksiya da yer alıb. Lakin Skype-da bu funksiya Moments adlanır. Bu funksiyadan istifadə edərək istifadəçilər foto və video yaradaraq onları dostlarına göndərə bilər və ya ayrıca bir qovluqda yerləşdirə bilərlər. Snapchat-dakı Stories funksiyasından fərqli olaraq Moments-də olacaq foto və videolar 24 saatdan sonra deyil, 1 həftədən sonra avtomatik olaraq silinəcəklər. Lakin istifadəçilər ayarlar vasitəsilə Moments bölməsinə yerləşdirəcəkləri foto və videoları 24 ay ərzində görə biləcəklər. Bundan əlavə olaraq yeni dizayn ilə yanaşı həmçinin istifadəçilər ismarıclara reaksiya bildirə və tətbiqin rəng fonunu dəyişə biləcəklər. Find adlı yeni hissədə isə onlar Bing axtarış sistemi vasitəsilə lazımi məlumatlara tapa biləcəklər. İlk mərhələdə bu yeni funksiyalar Skype-ın yalnız Android versiyası üçün aktiv olacaq. Daha sonra isə iOS istifadəçiləri də bu funksiyalardan istifadə edə biləcəklər. Windows və Mac üçün olan Skype tətbiqini yeniləmək isə önümüzdəki bir neçə ay ərzində planlaşdırılır.