main-post-cover

    Snapchat, 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzaladı

    Sosial Media
    20.06.2017
    Farid Pardashunas

    “Time Warner” şirkəti, “Snap” (Snapchat-ın sahibi olan şirkət) ilə 100 milyon dollarlıq əməkdaşlıq müqaviləsi imzalayıb.

    Time Warner” növbəti 2 il ərzində Snapchat üçün 10-a yaxın orijinal film, televiziya şousu, gündəlik xəbər verilişləri, sənədli filmlər və komediyalar çəkəcək. Bundan əlavə olaraq şirkət, Snapchat-da öz şöbələrinin (HBO, Turner Warner Bros.) reklamlarını yerləşdirmək üçün də investisiya ayıracaq. Sözügedən servis üçün çəkiləcək filmlər, digər şirkətlər tərəfindən Snapchat üçün çəkilən videolara bənzəyəcək. Normalda bu cür videoşoular 3-5 dəqiqəlik olur. Buna görə də onlar ənənəvi televiziya biznesi ilə rəqabət aparmayacaqlar. Hal hazırda gün ərzində yalnız bir film yayımlanır. Sözügedən müqavilə əsasında gün ərzində yayımlanacaq verilişlərin sayı 3-ə çatacaq. Həmin verilişlər isə müxtəlif janrlarda təqdim olunacaqlar. Beləliklə istifadəçilərin Snapchat-da daha çox vaxt keçirtmələri düşünülür. Lakin buna baxmayaraq çətin ki, istifadəçilər, televiziya verilişlərinin məhz Snapchat üçün uyğun platforma olduğuna əmin olsunlar. Məlumata əsasən yaradılmış bu filmlərdən olacaq reklam gəlirlərinin 50%-i “Snap”a, digər 50%-i isə media tərəfdaşlarına çatacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər