
Snapchat 40 milyon dollara yeni şirkət aldı
Sosial Media
07.05.2017
Farid
Snapchat hər keçən gün yeniliklər etməkdə davam edir. Snapchat öz yerini Facebook və onun sahib olduğu sosial şəbəkələrə verməməkdə iddialıdır.
Buna
görə də Snapchat sosial mediadan əlavə başqa sahələrə də yatırım etməkdə davam
edir. Belə şirkətlərdən biri də artırılmış reallıqla məşğul olan şirkətdir.
Bildiyiniz
kimi Snapchat bir müddət əvvəl özünün təqdim etdiyi eynəklərlə diqqətləri öz üzərinə
çəkmişdi. Amma belə görünür ki, şirkət sadəcə bununla kifayətlənmək niyyətində
deyil. Snapchat İsrailə məxsus artırılmış reallıqla məşğul olan yeni bir şirkət
alıb.
Cimagine adlı bu şirkət üçün
Snapchat 40 milyon dollar ödəyib. Belə güman olunur ki, gələcəkdə Snapchat öz
eynəklərinə bu şirkətin köməkliyi ilə yeni xüsusiyyətlər qazandıracaq.
Qeyd edək ki, Snapchat-ın aldığı Cimagine şirkəti, mobil cihazlar üzərindən, ev əşyalarının
virtual olaraq yerini dəyişməyə imkan verən tətbiq təqdim edirdi.
Paylaş
Bənzər xəbərlər