main-post-cover

    Snapchat tarixində ilk dəfə servisin dizaynı tamamilə dəyişilir və yeniliklər əlavə olunur

    Sosial Media
    29.11.2017
    Farid Pardashunas
    Snapchat istifadəçilərinə yaxşı xəbər var. Belə ki, servis yaradıcıları Snapchat-ın var olduğu 6 il müddətində ilk dəfə servisin yeni dizaynını təqdim ediblər.
    Bu barədə Business Insider saytı xəbər verib. Bundan sonra tətbiqin interfeysi daha da rahat olacaq. Qeyd etmək lazımdır ki, istifadəçilər köhnə interfeysin qəlizliyindən çox şikayət edirdilər. Beləliklə Snapchat-ın əsas yeniliyi ondan ibarətdir ki, dostların paylaşımları, KİV və əməkdaşların materiallarının əks olunduğu sahə bir-birilərindən ayrılıblar. Bundan sonra kamera düyməsindən solda dostların paylaşımları, sağ tərəfdə isə digər paylaşım və xəbərlərin əks olunacağı sonsuz Discover ana səhifəsi yerləşəcək. Oxunmamış ismarıclar isə ana səhifənin əvvəlində əks olunacaqlar.

    Snap” şirkətinin əməkdaşları bildiriblər ki, dostların və digər mənbələrin paylaşımları arasındakı sərhədin bir qədər ortadan qaldırılması maraqlı təcrübədir. Lakin onun öz mənfi xüsusiyyəti var. Söhbət fake xəbərlərdən gedir. Bundan əlavə olaraq dostların paylaşdıqları Stories paylaşımlarının əks olunması ardıcıllığı da dəyişdirilib. Əvvəllər həmin paylaşımlar xronoloji şəkildə əks olunurdularsa, indi siz ilk öncə ən çox ünsiyyətdə olduğunuz dostlarınızın maraqlı Stories paylaşımlarını görəcəksiniz. Hal hazırda yenilənmiş Snapchat yalnız bir sıra istifadəçilər üçün aktivdir. Lakin yaxın bir neçə həftə ərzində o, bütün istifadəçilər üçün təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər