
Son Dəqiqə: Instagram 60 dəqiqəlik videolar üçün IGTV adlı yeni videoplatformasını təqdim etdi
Sosial Media
20.06.2018
Emil
Məşhur Instagram fotoservisi 1
milyard istifadəçi kütləsinə çatdığını bildirdi və 60 dəqiqəlik videoların
yaradılması, baxılması üçün özünün yeni IGTV adlı platformasını təqdim etdi.
Platformanın təqdimatı San Fransiskoda baş tutub. IGTV həm Instagram daxilində
aktiv olacaq həmdə ayrıca tətbiq kimi də istifadəyə veriləcək. Yeni
platformanın ayrıca tətbiq kimi yaxın bir neçə həftə ərzində istifadəçilərə təqdim
olunacağına söz verilib.

Qeyd etmək lazımdır ki, Instagram üçün olan standart
videoların xronometrajı hələ də 60 saniyəni keçmir. IGTV platformasında istifadəçilər
məşhur bloqqerlərdən və Instagram ulduzlarından olacaq uzun xronometrajlı
videoları izləyə biləcəklər. Onlar həmçinin öz videolarını da bu platformaya
yükləyə biləcəklər. Videoları həmçinin şərh etmək və ya hansısa digər istifadəçiyə
Direct vasitəsilə göndərmək mümkün olacaq.

Bundan əlavə olaraq videoların müəllifləri
həmdə öz videolarını IGTV-dən Instagram hesablarında aktual Stories-lərində də
paylaşa biləcəklər. Beləliklə 1 milyardlıq istifadəçi kütləsi və 60 dəqiqəlik
videolar ilə Instagram YouTube servisinə rəqib olacaq və bununla yanaşı öz
videoları ilə nəinki pul qazanmaq istəyən həmdə yeni auditoriya yığmağı nəzərdə
tutan yeni istifadəçi kütləsini də cəlb edəcək. Məlumata əsasən fotoservis IGTV
platformasında video müəlliflərinə gəlir sistemini təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
