
Sosial şəbəkə psixologiyası. İnternetdə axmaq görünməmək üçün 5 sadə qayda
Sosial Media
03.08.2017
Axmaq kimi görünməmək və kiminsə xətrinə dəyməmək üçün
sosial şəbəkələrdə sadə davranış qaydalarını sizlərə təqdim edirik.
Özünüzü offline-da olmuş kimi aparın:
Biz, internetdə nəsə yazan zaman bizim qarşımızda sadəcə
olaraq ya smartfon, yada kompüter ekranı olur. Beləliklə biz unuduruq ki,
sosial şəbəkədə nəsə yazan zaman əslində biz digər insanlarla ünsiyyət qururuq.
Sosial şəbəkədə hansısa şərhi yazmamışdan və yaxud hansısa şübhəli linki göndərməmişdən
əvvəl düşünün ki, həmin şərhdəki və ya linkdəki olanları siz real həyatda
danışa bilərdinizmi? Əgər cavabınız “xeyr” olsa, deməli hansısa şübhəli şərhi nə
yazmaq lazımdır, nədəki hansısa linki göndərmək lazımdır.
Diqqət cəlb etməyə çalışmayın:
Hər kəsin sosial şəbəkə profilində bəzən bu cür postlara
rast gəlmək olar: “Bugün, mənim həyatımda ən bərbad gündür” və ya “Heç kim məni
vecinə almır”. Bir qayda olaraq bu cür postlar paylaşan insanlar, çox zaman özlərinə
diqqət cəlb etməyə çalışırlar. Qeyd etmək lazımdır ki, əslində bu cür postlar,
sizin, dostlar siyahınızda olan əksər şəxsləri qıcıqlandırır. Bu cür postları
paylaşmamışdan öncə düşünün ki, həqiqətən də paylaşacağınız postu, tanışlarınız
tərəfindən oxunmasını istəyirsiniz və ya siz sadəcə olaraq diqqətsizlikdən əziyyət
çəkirsiniz. Sizə qarşı diqqətin olmaması problemini, internetdə neqativ postlar
paylaşmaqla aradan qaldırmaq olmaz. Ən yaxşısı, dostunuzu bir fincan qəhvəyə dəvət
edərək öz fikirlərinizi onunla bölüşün.
Özünüzü tərifləməyin:
Bəzən öz paylaşdığınız postlara fikir verin və baxın ki, siz
əsasən hansı mövzularda postlar paylaşırsınız. Əgər sizin ana səhifəniz, sizin ən
kiçik nailiyyətlərinizdən tutmuş, yaxşı şəkildə çəkilmiş yemək və selfie şəkilləri
ilə aşıb-daşırsa, onda bu barədə bir qədər düşünmək lazımdır. İlk öncə onu qeyd
etmək lazımdır ki, bu cür psotların çoxluğu, digər insanları qıcıqlandırır.
İkinci fakt ondan ibarətdir ki, bu cür postlar, sizin tənha olduğunuz siqnalını
verir və özünüzü tənha hiss etməməyiniz üçün hətta ən cüzi şeyləri belə paylaşmaq
məcburiyyətində qalırsınız. Bu problemi, internetdə deyil, real həyatda həll
etmək lazımdır.
Dostları, maraqlara görə qruplaşdırın:
Sosial şəbəkədə paylaşılmış hansısa post sizin bütün
dostlarınızın xoşuna gəlməyə bilər. Bəziləri, pişiklərin əks olunduqları GIF
animasiyaları sevdikləri halda, digərlərini bu cür postlar qıcıqlandıra bilər.
İnsanları siyahı şəklində ayırın. Məsələn, Facebook-da bu cür funskiya var. Beləlikılə
hər dəfə yeni post paylaşan zaman, həmin postu bəyənə biləcək müəyyən siyahı
üçün aktiv edin. Bundan əlavə olaraq siz öz dost siyahınızı, yaxın dostlar,
idmançılar, həmkarlar, maraqlı video həvəskarları və s. kimi bölə bilərsiniz.
Beləliklə kimin nəyə marağının çox olması barəsində problem yaşamayacaqsınız.
Öz şəxsi məlumatlarınızı diqqətli şəkildə idarə edin:
Günümüzdə bir çoxları, sosial şəbəkələrdəki qeydlər bölməsini,
şəxsi press-reliz kimi istifadə edir. Lakin həmin qeydlərdə olan bir çox
mövzular bəzən yersiz görünürlər. Məsələn sizə yaxın olan insanın vəfat etmə xəbərini
siz öz yaxın dostlarınız və ya qohumlarınız ilə Facebook yazısı və ya
Instagram-da foto tərzində paylaşmaq məcburiyyətində deyilsiniz. Bundan əlavə
olaraq bütün sosial şəbəkəyə öz sevgilinizdən ayrılmağınız səbəbilə üsyan etməyə
də ehtiyac yoxdur. Ən azından bir zamanlar çox yaxın olduğunuz insanın hisslərinə
olan hörmətiniz xatirinə bu cür şeylər etməyin.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...