main-post-cover

    Spotify ilə Netflix Facebook'dakı mesajları oxuya bilərmişlər

    Sosial Media
    19.12.2018
    Farid Pardashunas
        The New York Times qəzetinin məlumatlarına əsasən Facebook əməkdaşlıq etdiyi 150 şirkətə sosial şəbəkə istifadəçilərinin hesablarının geniş məlumatlarını təqdim edibmiş. Apple şirkəti bildirib ki, Facebook-un bu cür imkanı verməsində iştirak etməyib. The New York Times-ın tədqiqatında qeyd edilib ki, qarşılıqlı mənfəətin əldə olunması üçün Facebook şirkəti öz istifadəçilərinin geniş məlumatlarını digər şirkətlərə təqdim edib.
        Beləliklə Facebook ilə əməkdaşlıq etmiş şirkətlər öz servislərinin funksionallığını təkmilləşdirir, Facebook-un özü isə daha çox kütlə əldə edirmiş. Məlumata əsasən məsələn Amazon şirkəti istifadəçilərin telefon nömrələrini və onların dostları vasitəsilə kontakt məlumatlarını əldə edirmiş. Yahoo şirkəti bu ilin yay fəslinə kimi dostlar siyahısı üçün görünməyən postları oxuya bilirmiş (baxmayaraq ki, Facebook bu funksiyanın deaktiv olunduğunu dəfələrlə qeyd edib). Bing axtarış sistemi istifadəçilərdən icazə almadan onların dostlar siyahısını skan edə bilirmiş.
        Məlumata əsasən bu məsələdə ən böyük üstünlüyü Spotify, Netflix şirkətləri və Kanadanın Kral bankı əldə ediblər. Belə ki, bu şirkətlər istifadəçilərin mesajlarını oxuya, onların adlarından mesaj yaza, mesajları silə və ya qrup çatlarında iştirak edən istifadəçiləri görə bilərmişlər. Tədqiqatda qeyd olunub ki, Apple şirkəti bu məsələdə iştirak etməyib. Sadəcə olaraq qeyd edilib ki, şirkətin smartfonları özəl məlumatların paylaşılması özəlliyini deaktiv etmiş istifadəçilərin kontakt və təqvim hadisələri məlumatlarını əldə edə bilirmiş. Apple şirkəti hətta bu ittihamları da təkzib edir. Apple şirkəti bildirib ki, yığılmış bütün məlumatlar istifadəçilərin cihazlarında qalıb və heç bir üçüncü tərəf ilə paylaşılmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər