Telegram-ın yaradıcısı Pavel Durov, FBI xüsusi xidmət orqanının iç üzünü açdı
Sosial Media
05.09.2017
Farid Pardashunas
Məşhur Telegram messencerinin yaradıcısı Pavel Durov, FBI casuslarının, onu necə öz tərəflərinə çəkmək istədikləri haqqında danışıb.
Onun sözlərinə görə FBI onunla hələ 2014-cü ildə
maraqlanmışdı. Həmin ildə Pavel, özünün Vkontakte sosial şəbəkəsində olan hissələrini
satmışdı. FBI casusları ilə ilk görüş isə ABŞ sərhədində baş tutmuşdu. Casuslar
onun, sosial şəbəkə üzərindəki işi və Rusiya hökümətinin istifadəçilər haqqında
məlumatları tələb etməsi haqqında maraqlanırdılar. Telegram-ın istifadəyə
verilməsindən sonra 2 FBI casusu öncədən xəbər vermədən, Pavel-in, Airbnb
vasitəsilə icarəyə götürdüyü evə gəlmişdi. Bununla belə əslində bu sayt vasitəsilə
reallaşdırılmış ev icarəsi müqaviləsi haqqında məlumatları yalnız icarədar ilə
icarəyə götürən bilirlər. Casuslar ona, məhkəmə hakimi tərəfindən imzalanmış
hansısa sənədi təqdim edərək müəyyən istifadəçilər haqqında məlumatların
ötürülməsi üçün xüsusi kanalın bərpa olunması barəsində təklif etmişdilər.
Bundan əlavə o bildirib ki, FBI casusları, Telegram-da çalışan əməkdaşlardan
birinə bir neçə min dollar pul da təklif etməyə cəhd göstəriblər. “Bizim tərtibatçılarımız
onsuzda milyonerdilər. Biz onlara yaxşı maaş veririk və onları bu cür təkliflərlə
almaq olmaz” – deyə Pavel bildirmişdi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək