Threads alqoritmini idarə etmək artıq mümkündür
Sosial Media
05.12.2025
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Threads platforması istifadəçilərə şəxsi tövsiyə lentini formalaşdırmağa imkan verən yeni funksiyanı test edir. “Dear algo” adlanan bu xüsusiyyət istifadəçilərin alqoritmə birbaşa mesaj yazaraq müəyyən mövzulardan daha çox və ya daha az görmək istəklərini bildirməsinə şərait yaradır.
Məsələn, bir istifadəçi belə yaza bilər:
“Dear algo, daha çox kitab tövsiyələri göstər.”
və ya
“Dear algo, mənə basketbol yeniliklərini göstərmə, komandam pis oynayır və bu məni kədərləndirir.”
“Dear algo, daha çox kitab tövsiyələri göstər.”
və ya
“Dear algo, mənə basketbol yeniliklərini göstərmə, komandam pis oynayır və bu məni kədərləndirir.”
Threads-in rəhbəri Konor Heys 3 dekabr tarixində paylaşdığı açıqlamada bildirib ki, bu funksiya istifadəçilərə öz lentlərini daha yaxşı fərdiləşdirməyə kömək edəcək. Onun sözlərinə görə, bir paylaşımın əvvəlində “Dear algo” yazıldıqda, platforma həmin istifadəçiyə növbəti üç gün ərzində istədiyi mövzuda daha çox və ya daha az məzmun göstərir.
Paylaş