Logo
    main-post-cover

    Threads birbaşa mesaj üçün hiperlin qısayolunu sınaqdan keçirir

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Threads platforması istifadəçilər üçün birbaşa mesaj göndərmə prosesini daha sürətli etmək məqsədilə yeni qısayolu sınaqdan keçirir. Test qrupuna daxil olan istifadəçilər artıq paylaşım və ya şərh bölməsində “DM me” və ya “Message me” ifadəsini yazaraq avtomatik şəkildə xüsusi hiperlink yarada bilirlər. Həmin linkə klik edən istifadəçi isə birbaşa həmin şəxslə təkbətək mesajlaşma pəncərəsinə yönləndirilir.
        Əgər tərəflər bir-birini izləyirsə, mesaj birbaşa əsas “Inbox” bölməsinə düşür. İzləmə əlaqəsi yoxdursa, mesaj spamın qarşısını almaq üçün “Message Requests” qovluğuna yönləndirilir. Şirkətin bildirdiyinə görə, bu yenilik istifadəçilərin profil səhifəsinə keçid etmədən mesajlaşmaya başlamasına imkan yaradır və prosesi daha sürətli edir.
        Threads platforması yerli DM funksiyasını digər sosial şəbəkələrə nisbətən gec təqdim etmişdi. Lakin bu addım göstərir ki, platforma mesajlaşmanı ekosistemin daha vacib hissəsinə çevirmək niyyətindədir. Yeni funksiya hazırda ABŞ və Kanadada seçilmiş istifadəçilər üçün aktivdir. Test mərhələsində olan digər yeniliklər kimi, bunun qlobal istifadəyə nə vaxt təqdim ediləcəyi hələ məlum deyil.
    Paylaş