TikTok trendləri dəyişir: romantik illüziyalar yerini real həyata verir
Sosial Media
16.01.2026
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, TikTok “delulu” (reallıqdan qopmuş fantaziya) dövrünün bitdiyini elan edir. Platformanın 2026-cı il üçün hazırladığı illik TikTok Next trend hesabatına görə, istifadəçilər artıq xəyallara sığınmaqdan çox, real həyata fokuslanmağa başlayırlar.
Hesabata əsasən, son illərdə sosial mediada populyar olan “romantikləşdirmə”, “delulu mindset” və rəqəmsal qaçış tendensiyaları yerini nizam-intizam, gündəlik rutinlər və qarşılıqlı məsuliyyət anlayışlarına verir. Getdikcə daha qeyri-sabit olan dünyada insanlar artıq problemlərdən qaçmaq yox, onlarla üzləşmək yolunu seçirlər.
TikTok bu dəyişimi “kollektiv reallıqla barışma” mərhələsi kimi təqdim edir. Yetkinliyi uzaqdan idealizə etmək əvəzinə, istifadəçilər artıq gündəlik həyatın necə yaşandığını olduğu kimi paylaşırlar. #TheGreatLockIn, #lockedin, #hygiene və #joblife kimi həştəqlərin sürətlə populyarlaşması insanların struktur, davamlılıq və real həyat təcrübələrinə marağının artdığını göstərir.
Paylaş
Bənzər xəbərlər