main-post-cover

    Tinder, 3 il ərzində görüşə bilməyən gənc cütlüyün ilk görüş təşkilini öhdəsinə götürdü

    Sosial Media
    15.07.2017
    Emil Nəcəfov

    Məşhur tanışlıq servisi Tinder-in administrasiyası, 21 yaşlı Michelle Arendas və 22 yaşlı Josh Avsec arasındakı ilk görüşün təşkilini öz öhdəliyinə götürüb.

    Bu ayın əvvəlində Josh, Arendas adlı qız ilə olan maraqlı münasibəti haqqında post paylaşmışdı. 3 il ərzində gənc cütlük ilk görüş təşkil etməyə çalışırdı. Lakin hər dəfə müəyyən səbəblərə görə həmin görüşlər ləğv olunurdu. “Bir gün mən bu qızla görüşəcəm və bu çox maraqlı olacaq” cümləsi ilə Josh, Arendas ilə Tinder-də olan yazışmalarının bir hissəsini paylaşmışdı. Nəticədə onun paylaşımı viral oldu və bir həftədən az bir müddətdə həmin paylaşım 80.000 bəyənmə və 24.000 repost sayı əldə etdi. Həmin paylaşım Tinder administrasiyasının diqqətini cəlb edəndən sonra Tinder, Josh-a, Arendas ilə ilk görüşü ABŞ-ın istədikləri şəhərində təşkil etməyi təklif edib. “Sizin olduqca qiymətli təklifiniz mövzusunda keçirilmiş uzunmüddətli debatlardan sonra biz arzumuzda olan görüşü Havay adalarında keçirtməyi qərara aldıq. Maui-də görüşək?” – deyə Josh, Tinder-dən soruşub. Tinder isə öz növbəsində gənc cütlüyün seçimini təsdiqləyib və zarafatcasına səyahət əçşyalarının 2 ildən az müddətə hazırlamalarını məsələhət görüb. "Havay adlarında görüş düşündüyümdən də çox maraqlı olacaq. Çox sağolun” – deyə Josh, Tinder-ə öz təşəkkürünü bildirib.

    Linki kopyala