Logo
    main-post-cover

    Toyuq yumurtası fotosu rekord bəyənmə sayı yığaraq Instagram'ın ən məşhur fotosu oldu

    Sosial Media
    14.01.2019
        Instagram-da world_record_egg adlı hesabda olan toyuq yumurtası fotosu 25 milyondan çox bəyənmə sayı əldə edərək Instagram tarixinin ən məşhur fotosu oldu. Bundan əvvəlki rekord isə amerikalı model Kylie Jenner-ə məxsus idi. Belə ki, 2018-ci ilin fevral ayında Kylie Jenner həmin vaxtda dünyaya gəlmiş qız övladı ilə olmuş fotosunu Instagram-da paylaşmışdı və həmin foto 18.2 milyondan çox bəyənmə sayı yığmışdı. Qeyd etmək lazımdır ki, world_record_egg adlı Instagram hesabında 4 yanvar tarixində paylaşmış bir foto var və o foto toyuq yumurtasına aiddir. Sözügedən aksiyanın ideyasının kimə məxsus olduğu isə bilinmir.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Toyuq yumurtası fotosu rekord bəyənmə sayı yığaraq Instagram'ın ən məşhur fotosu oldu | Technote