Logo
    Travis Kalanick-dən, 'Uber'ə qayıtmaq üçün daha bir addım. O, digər şirkət ilə nüfuzunu düzəltməyə çalışır

    Travis Kalanick-dən, 'Uber'ə qayıtmaq üçün daha bir addım. O, digər şirkət ilə nüfuzunu düzəltməyə çalışır

    Sosial Media
    06.08.2017

    “Uber” şirkətinin keçmiş CEO-su Travis Kalanick öz nüfuzunu yaxşılaşdırmaq üçün “Teneo” adlı nüfuz konsaltinqinə müraciət edib.

    Qeyd etmək lazımdır ki, “Teneo”, top menecer və CEO-ların nüfuzlarının yaxşılaşdırılması sahəsində müxtəlif xidmətlər təklif edir. Məlumata əsasən bu şirkət vaxtı ikən Bill və Hillary Clinton ilə çalışıb. Şirkətin saytına nəzər yetirəndə görmək olar ki, onun təqdim etdiyi xidmətlərdən biri də KİV (Kütləvi İnformasiya Vasitələri) vasitəsilə nüfuzun yaxşılaşdırılmasıdır. “Teneo” özü təsdiq edib ki, Travis Kalanick, şirkətin müştərilərindən biridir. Travis-in, “Teneo”nun, “Uber”də çalışdığı və ya ordan çıxdığı vaxtdan sonra müştərisi olduğu məsələsi bilinmir. Məlumata əsasən şirkətin təqdim etdiyi xidmətlərin vəsaitlərini Kalanick öz cibindən ödəyir. Nəzərinizə çatdıraq ki, Travis Kalanick, İyun ayında “Uber”dən getmişdi. KİV-lərin verdikləri məlumatlara əsasən onun getməsinin əsas səbəbi, şirkət səhmdarlarının təzyiqi olmuşdu. Qeyd etmək lazımdır ki, son vaxtlarda şirkətin adı bir sıra münaqişələrdə hallandı. Travis-in getdişindən sonra şirkətin bir sıra top menecerləri onun qayıtması üçün ərizə yazdılar.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Travis Kalanick-dən, 'Uber'ə qayıtmaq üçün daha bir addım. O, digər şirkət ilə nüfuzunu düzəltməyə çalışır