Logo
    main-post-cover

    Trump-ın sosial şəbəkəsində süni intellekt əsaslı axtarış istifadəyə verilib

         Donald Trump-a məxsus Truth Social sosial şəbəkəsi yeni süni intellekt əsaslı axtarış funksiyasını - Truth Search AI-ni istifadəyə verib. Bu alət startap Perplexity tərəfindən hazırlanıb və artıq Trump-ın sosial şəbəkəsinin veb versiyasında əlçatandır, yaxın vaxtlarda isə iOSAndroid tətbiqlərində açıq sınaq mərhələsinə çıxarılması gözlənilir. Mütəxəssislərin fikrincə, yeni axtarış sistemi ardıcıl və seçici şəkildə mühafizəkar KİV-ləri irəli çəkir, lakin eyni zamanda Trump-ın ABŞ iqtisadiyyatına töhfəsini xoşagəlməz şəkildə qiymətləndirir. Jurnalistlərin keçirdikləri sınaq zamanı Truth Search AI-də istifadə olunan bütün keçid linkləri Fox News, Fox Business, The Washington Times The Federalist daxil olmaqla mühafizəkar nəşrlərə aparıb. Linklərin böyük əksəriyyəti istifadəçiləri Fox nəşrlərindəki məqalələrə yönləndirib ki, bu da Perplexity əsaslı axtarış sisteminin nəticələri Trump-ı dəstəkləyən KİV-lərlə məhdudlaşdırdığı fikrini yaradır.
         Məsələn, “Trump-ın tarifləri iqtisadiyyatı yaxşılaşdırırmı?” sorğusuna axtarış yalnız Fox Business-ə aid 5 keçid linki təqdim edib və başqa mənbələr göstərilməyib. Lakin süni intellekt icmalları həmişə Trump-a qarşı müsbət olmur. Truth Search AI tərəfindən hazırlanmış xülasədə belə deyilir: “Mövcud məlumatlar göstərir ki, Trump-ın tarifləri ABŞ iqtisadiyyatını ümumilikdə yaxşılaşdırmayıb və ümumi mənfi təsirlərlə əlaqələndirilir, baxmayaraq ki, bəzi konkret sektorlar qazanıb”. 404 Media nəşri Truth Search AI-nin qərəzini “Epstein-nin sənədlərində Trump varmı?” sualına verdiyi cavabla izah edib. Jurnalistlərin fikrincə, bu, süni intellekt botunun ABŞ prezidentinin Jeffrey Epstein-in cinayət fəaliyyətində iştirakı ilə bağlı iddiaları qəti şəkildə rədd etməsində özünü göstərib. Eyni zamanda, ABŞ iqtisadiyyatı ilə bağlı suallara cavab verərkən bot Trump-ın tariflərinin “ölkədə iqtisadi artım və məşğulluğa ümumilikdə mənfi təsir göstərdiyini” bildirib.
         Axtarış aləti hələ beta test mərhələsindədir. Truth Social-ın baş direktoru Devin Nunes bildirib: “Biz axtarış funksiyamızı istifadəçi rəylərinə əsaslanaraq əhəmiyyətli dərəcədə təkmilləşdirməyi və genişləndirməyi, həmçinin platformaya geniş spektrdə əlavə yeniləmələr tətbiq etməyi planlaşdırırıq”. Perplexity şirkətinin direktoru Dmitry Shevelenko bildirib ki, şirkət öz süni intellekt alətini “əhəmiyyətli sualları olan auditoriyaya” təqdim etməkdən məmnundur və Perplexity-ni “aydın istinadlarla birbaşa, etibarlı cavablar təqdim edən” bir vasitə kimi mövqeləndirir. Nunes-in fikrincə, Truth Search AI platformanı “vətənpərvərlər iqtisadiyyatının daha da mühüm elementi” edəcək. Bununla belə, bir çox mütəxəssis hesab edir ki, yeni axtarış funksiyasının mövcud qərəzli və seçici yanaşması Trump-ın elan etdiyi “texnologiya nəhənglərinin söz azadlığına hücumlarına son qoymaq və interneti açıq etmək” missiyasına ziddir.
    Paylaş