
Twitch istifadəçilərinə xoş xəbər
Sosial Media
07.05.2017
Farid
Məşhur canlı yayım platforması olan Twitch-i yaxın zamanda böyük dəyişikliklər gözləyir.
Yarandığı ilk gündən bəri sözügedən platforma əsasən videooyun
barəsində canlı yayımlara öz diqqətini ayırmışdı. Lakin bu həftə Twitch-ə IRL adlı yeni bölmə əlavə olundu. Bu bölmə sayəsində istifadəçilər artıq istədikləri
mövzularda canlı yayım edə bilərlər. Beləliklə servis, YouTube və Facebook Live ilə rəqabətə girməyi düşünür. Bununla belə videolar həm canlı yayım rejimində həmdəki
əvvəlcədən hazırlanmış vəziyyətdə sözügedən bölməyə əlavə edilə bilər. İstifadəçilərin,
maraqlı tədbirləri və ya sadəcə öz həyat tərzlərini canlı yayım rejimində
servisdə təqdim etmək üçün Twitch gələn il, mobil tətbiqi vasitəsilə canlı yayım
funksiyasını aktiv edəcək. Bununla yanaşı smartfon və ya planşetlə edilmiş istənilən
mövzulu canlı yayımlar IRL bölməsinə əlavə olunacaq. Hətta onlar videooyunlarla
bağlı olsalar belə. Canlı yayımı birbaşa smartfonun və ya planşetin
kamerasından etmək mümkün olacaq.
Paylaş
Bənzər xəbərlər