
Twitter-ə canlı yayım funksiyası gəldi
Sosial Media
07.05.2017
Farid
"Twitter” şirkəti özünün Twitter və Periscope servisləri arasındakı sərhədi pozmağı qərara aldı.
Qeyd etmək lazımdır ki, birinci servis qısa ismarıcların
yayımlanması üçündürsə, ikinci servis mobil tətbiq vasitəsilə canlı yayım etmək
üçündür. Əvvəllər bu iki servis bir-birindən ayrı idi və Periscope-dan olan
canlı yayımları Twitter səhifəsindən izləmək olurdu. İndi isə artıq Twitter üzərindən
canlı yayım etmək mümkün olacaq. Periscope-a daxil olmaq əvəzinə artıq siz,
yeni tweet yazmaq bölməsinə yönlənərək foto/video hissəsindəki canlı yayım düyməsinə
klikləyərək videoyayım edə bilərsiniz. Baxmayaraq ki, artıq Twitter-də həm
video izləmək həmdə canlı yayım etmək olar, şirkət hələki Periscope-u bağlamaq
niyyətində deyil.
Paylaş
Bənzər xəbərlər