Logo
    main-post-cover

    Uber YOUBER funksiyasını təqdim edib

        İlin sonuna yaxın istifadəçilərə öz fəaliyyətlərini göstərən “wrap-up” formatı artıq bir çox platformada adi hala çevrilib. Spotify ilə populyarlaşan bu trend indi Uber-ə də gəlib. Technote.az “Engadget” platformasına istinadən bildirir ki,Şirkət bu gündən etibarən “YOUBER” adlı yeni illik icmal funksiyasını istifadəyə verib.
    Uber Launches YOUBER 2025 – A Personalized Year-in-Review Report for Rides  and Eats (Exclusive)
        YOUBER həm Uber, həm də Uber Eats üzərindən edilən sifariş və səfərləri əhatə edir. İstifadəçilər il ərzində hansı istiqamətlərə daha çox səfər etdiklərini, Uber Comfort-dan nə qədər tez-tez istifadə etdiklərini və Uber Eats vasitəsilə ən çox hansı restorana sifariş verdiklərini görə bilirlər. Funksiya hətta istifadəçinin müəyyən bir restoran üzrə ən aktiv 1 faiz müştərilər sırasında olub-olmadığını da göstərir. YOUBER həmçinin istifadəçiləri davranışlarına görə 14 fərqli “Uber şəxsiyyət profili”ndən birinə aid edir. Məsələn:
    • “Do-Gooder” – Uber Electric istifadəçiləri,
    • “Rise & Shiner” – səhər tezdən səfər edənlər,
    • “Delivery Darling” – əsasən çatdırılma sifarişlərinə üstünlük verənlər.
        İstifadəçilər əldə etdikləri nəticələri tətbiq daxilindəki “Share this Story” düyməsi vasitəsilə sosial şəbəkələrdə paylaşa bilirlər. YOUBER funksiyası hazırda ABŞ-də Uber və Uber Eats istifadəçiləri üçün aktivdir və tətbiqin əsas səhifəsindən və ya hesab bölməsindən əlçatan olacaq.
    Paylaş